29 iyun 2012 19:55
Simurq Türkiyə klubunu 4 qolla məğlub etdi (YENİLƏNİB)
Türkiyədə təlim-məşq toplanışında olan “Simurq” bu gün qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində ilk yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin ilk rəqibi elə Türkiyə klubu olub.
Belə ki, Georgi Çixradze yetirmələrini “Kocaelispor”la görüşdə sınayıb. Gürcüstanlı mütəxəssis Türkiyə klubuna qarşı oyunun ilk dəqiqələrindən aşağıdakı heyətə üstünlük verib:
Kramarenko, Qırtımov, Karol, Aquair, Şemonayev, Qurbanov, Məmmədov, Dmitriyev, Eyyubov, Snita, Hisa.
Göründüyü kimi, baxışda olan futbolçuların da yer aldığı "Simurq" qarşılaşmaya yaxşı başlayıb. Artıq ilk yarıda üç cavabsız qol vuran Zaqatala təmsilçisi fasilədən sonra daha bir qol vurub. Lakin matçın sonlarında türklər buraxılan qollardan ikisinin əvəzini çıxa biliblər - 4:2
Yoxlama oyunu
29 iyun
KOCAELİSPOR - SİMURQ - 2:4 (0:3)
Oyun başladı
25-ci dəqiqədə Sonito Qurbanovun ötürməsini qola çevirir
37-ci dəqiqədə Məmmədov Şemonayevin dəqiq ötürməsindən sonra komandasının ikinci qoluna imza atır
42-ci dəqiqədə Eyyubov daha bir qol vurur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
65-ci dəqiqədə Şemonayev türkləri dördüncü dəfə meydanın mərkəzinə dəvət edir
Matç başa çatdı
