30 iyun 2012 13:03
İsveçlilər Bakıda finala çıxdılar
Xəbər verdiyimiz kimi, dünən Bakıda keçirilən Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunan beynəlxalq turnirin pley-off görüşləri start götürüb. Azerisport.az xəbər verir ki, ikinci yarrımfinal görüşündə İsveçin "Brommapojkarna" və Ukraynanın "Karpatı" komandaları qarşılaşıblar.
Matç 2:1 hesabıyla "Brommapojkarana"nın xeyrinə başa çatıb. Beləliklə, bu gün baş tutacaq final görüşündə Rusiyanın "Rubin" və İsveçin "Brommapojkarna" komandaları üz-üzə gələcək.
