30 iyun 2012 14:13
Neftçinin rəqibi Lokomotivə qarşı
Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Neftçi”nin rəqibi olan Gürcüstanın “Zestafoni” komandası daha bir yoxlama matçı keçirəcək. Azerisport.az xəbər verir ki, Avstriyada təlim-məşq toplanışında olan gürcülər Bolqarıstan klubu ilə görüşə hazırlaşırlar.
Belə ki, “Zestafoni” “Lokomotiv”lə üz-üzə gələcək. Bu oyun iyulun 2-də keçiriləcək.
Qeyd edək ki, “Neftçi”nin rəqibi ölkə xaricindəki toplanış çərçivəsindəki ilk sınaq matçında Rumıniya təmsilçisi “Astra” ilə görüşüb və 0:1 hesabı ilə məğlub olub.
“Neftçi” ilə “Zestafoni” arasındakı ilk oyun iyulun 17-də “Dalğa Arena”da keçiriləcək və yerli vaxtla saat 21:00-da başlayacaq. Cavab görüşü isə bir həftə sonra Zestafonidə baş tutacaq.
