30 iyun 2012 15:14
Bolqarlar Bakının Muranı keçəcəyinə şübhə etmirlər
Bolqarıstanda artıq bu ölkənin Avropa Liqasındakı təmsilçisi CSKA-nın (Sofiya) ikinci təsnifat mərhələsində Azərbaycanın “Вakı” klubu ilə qarşılaşacağına şübhə etmirlər. Azerisport.az xəbər verir ki, bolqar mətbuatı “zolaqlılar”ın Sloveniya “Mura”sı ilə birinci təsnifat mərhələsindəki görüşlərində Azərbaycan təmsilçisini aşkar favorit hesab edir.
Onlar da bu mənada bir neçə gün öncə keçirilən yoxlama matçında “Bakı”nın “Mura”nı 4:0 hesabıyla yenməsini önə çəkirlər. Baxmayaraq ki, əslində bu, bir sınaq görüşü idi və sloveniyalılar həmin matça optimal heyətlə çıxmamışdılar.
Bolqarlar “Bakı”dan danışarkən Uinston Parks, Maris Verpakovskini xüsusi vurğulayıblar və ekvadorlu hücumçu Feliks Borxanın mümkün transferini qeyd ediblər. Həmkarlarımız Aleksandr Şoliç, Nenad Kovaçeviç, İbrahim Karqbo, Denis İvanov, Georgi Popxadze, həmçinin Kolumbiya yığmasının qapıçısı Luis Enrike barədə də söhbət açıblar.
