30 iyun 2012 15:39
Hiddink Hollandiya yığmasından imtina etdi
Hollandiya Futbol Federasiyası baş məşqçi axtarışlarını davam etdirir. Azerisport.az xəbər verir ki, hollandlar hazırda Rusiyanın “Anji” klubunun çalışdırıcısı Qus Hiddinkə təklif ünvanlasalar da, həmyerlilərindən rədd cavabı alıblar.
Belə ki, Hiddink Bert Van Marveykdən boşalan postu tutmaq istəmədiyini açıqlayıb. Maraqlıdı ki, Mahaçqala klubunun hollandiyalı çalışdırıcısı ölkəsinin yığmasından öncə Rusiya yığmasının da sükanı arxasına keçməkdən imtina etmişdi. Hansı ki, Marveyk kimi, Rusiya yığmasının da hollandiyalı baş məşqçisi Dik Advokat AÇ-2012-dəki uğursuzluqdan sonra istefaya göndərilmişdi.
