30 iyun 2012 16:03
Muammer Erdoğdu: Berti Foqtsdan dəvət gözləyirəm
“Qəbələ”nin yeni transferi Muammer Erdoğdu azerisport.az saytına müsahibəsində bu keçidindən, eləcə də hədəflərindən danışıb.
- Azərbaycan karyeranıza “Xəzər Lənkəran”da başlasaz da, sonradan “Turan” və “Kəpəz”ə keçməli oldunuz. Nəzərə alsaq ki, siz böyük futbola “Galatasaray”da başlamısız, bir qədər gözlənilməz hesab oluna bilər...
- “Xəzər Lənkəran”a keçəndə cəmi 20 yaşım var idi. Gənc, istəkli idim. Şübhəsiz ki, təcrübəm də az idi. Uyğunlaşma baxımından da problemlərim oldu. Buna görə də bu komandada çıxışım alınmadı. “Turan”la “Kəpəz”də isə 90-a yaxın oyun keçirmişəm. İndi təcrübəm daha çoxdu.
- Deməli, “Qəbələ” karyeranızda növbəti şansdı?
- Əlbəttə. Hələ 25 yaşım var. Bu, futbolda o qədər də çox yaş deyil. Ümumiyyətlə, bu yaşda futbolçu daha ambisiyalı klubda oynamalıdı. Bu şansdan yararlanmağa çalışacağam.
- Əlbəttə. Hələ 25 yaşım var. Bu, futbolda o qədər də çox yaş deyil. Ümumiyyətlə, bu yaşda futbolçu daha ambisiyalı klubda oynamalıdı. Bu şansdan yararlanmağa çalışacağam.
- “Qəbələ”yə keçidiniz necə alındı?
- Bu, məhz mənim oynamaq istədiyim komandadı. Təklif aldıqda elə də çox düşünmədim, dərhal razılıq verdim. Çünki “Qəbələ” ambisiyalı komandadı. Həm də belə şəraitdə oynamaq rahat və xoşdu.
- Bu, məhz mənim oynamaq istədiyim komandadı. Təklif aldıqda elə də çox düşünmədim, dərhal razılıq verdim. Çünki “Qəbələ” ambisiyalı komandadı. Həm də belə şəraitdə oynamaq rahat və xoşdu.
- Eyni zamanda komandada iki həmyerliniz də çalışır...
- Bu amilin də öz yeri var. Amma düzünü desəm, mən artıq Azərbaycana alışmışam və elə də ciddi fərq görmürəm. Beş ildi burda oynayıram. Dillərimiz çox yaxın olsa da, artıq Azərbaycan aksenti ilə danışıram. Yeni komandamın əksər üzvləri ilə digər klublarda birgə çıxış etmişik. Ona görə də “Qəbələ”də uyğunlaşma prosesi də tez keçəcək.
- Niyə müqaviləni bir illik bağladınız?
- Mən bütün klublarımda belə edirəm. Bir ildən sonra nə olacağı məlum deyil. Mümkündü ki, yaxşı oynadım, daha güclü kluba keçdim.
- Mən bütün klublarımda belə edirəm. Bir ildən sonra nə olacağı məlum deyil. Mümkündü ki, yaxşı oynadım, daha güclü kluba keçdim.
- Yeni komandanızın hədəfləri nədən ibarətdi?
- Ötən mövsüm “Qəbələ” Avropa Liqasına düşə bilərdi. Amma son anda nəsə çatışmadı. Bu mövsüm həmin istəyi gerçəkləşdirmək lazımdı. “Qəbələ”də yaxşı futbolçular var. Azərbaycanda hamı çempion olmaq istəyir. Lakin bu, elə də asan deyil.

- Bəs sizin özünüzün hansı hədəfləriniz var?
- İlk növbədə yeni komandamda əsas heyət üzvünə çevrilmək istərdim. Bundan sonra isə Azərbaycan yığmasına dəvət almaq istəyirəm. Bu il Azərbaycan vətəndaşı da ola bilərəm. Çünki artıq beş ildi bu ölkədə yaşayıram. Pasport aldıqdan sonra yalnız yığmanın baş məşqçisi Berti Foqtsdan dəvət almaq qalacaq.