30 iyun 2012 10:17
Ronaldo tamahının qurbanı oldu
Futbol üzrə Portuqaliya milli komandasının futbolçusu Kristiano Ronaldo Ukraynanın Donetsk hava limanından Lissabona uçan təyyarəyə gecikib. Azerisport.az xəbər verir ki, yığmanın kapitanı bulka almağa getdiyi vaxt təyyarə göyə qalxıb.
Ronaldo kuryoz hadisəni ədalətsizlik kimi dəyərləndirib: “Səfər təşkilatçısı məndən soruşdu ki, təyyarə salonunun axırındakı 5-ci zonada oturmağı istərdinmi? Mən razılıqla cavab verdim. Hərdən 1-ci, 2-ci və ya 3-cü zonada otururam. Amma bu dəfə 5-ci zonada oturmağa razılaşdım. Sonra kafeyə yollandım ki, bulka alım. Təyyarə isə mənsiz uçdu. Bu, ədalətsizlikdi”!
Qeyd edək ki, Portuqaliya millisi 2012-ci il Avropa çempionatının yarımfinalında penaltilər seriyasında İspaniyaya 2:4 hesabı ilə uduzaraq, bürünc medalla kifayətlənib.
