30 iyun 2012 10:38
Neftçi – Zestafoni matçının başlama saatı açıqlandı
Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Neftçi” ilə Gürcüstan “Zestafoni”si arasındakı ilk oyunun başlama saatı açıqlanıb. Azerisport.az xəbər verir ki, Bakıda keçiriləcək ilk qarşılaşma iyulun 17-də baş tutacaq.
Həmin oyun “Dalğa Arena”da keçiriləcək və yerli vaxtla saat 21:00-da başlayacaq. Bu komandalar arasındakı cavab görüşü isə bir həftə sonra Zestafonidə keçiriləcək.
