30 iyun 2012 11:15
Neftçinin rəqibi yoxlama matçında məğlub oldu
Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Neftçi”nin rəqibi olan Gürcüstanın “Zestafoni” komandası yoxlama matçı keçirib. Azerisport.az xəbər verir ki, Avstriyada təlim-məşq toplanışında olan gürcülər Rumıniya təmsilçisi “Astra” ilə görüşdə qüvvələrini sınayıblar.
Qarşılaşma Gürcüstan çempionunun 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Qeyd edək ki, bu, “Neftçi”nin rəqibinin ölkə xaricindəki toplanış çərçivəsindəki ilk sınaq matçı idi.
Sonda onu da bildirək ki, “Neftçi” ilə “Zestafoni” arasındakı ilk oyun iyulun 17-də “Dalğa Arena”da keçiriləcək və yerli vaxtla saat 21:00-da başlayacaq. Cavab görüşü isə bir həftə sonra Zestafonidə baş tutacaq.
