30 iyun 2012 11:36
“Klublarımız ən azı 2-3 mərhələ keçməlidilər”
Futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi Elxan Abdullayev azerisport.az saytına müsahibəsində avrokuboklardakı klublarımızın şanslarını dəyərləndirib.
- Demək olar ki, hamı avrokuboklardakı klublarımızın növbəti mərhələyə adlamağa borclu olmasından danışır. Siz də belə düşünürsüz?
- Biz klubları adına görə müzakirə etməyi xoşlayırıq. Digər məqamları o qədər də nəzərə almırıq. Əgər klub nisbətən tanınmışdısa, deyirik keçə bilməyəcəyik. Yox tanınmış deyilsə, onda rəqibi düzgün qiymətləndirmirik. Bu ilki püşkatmanın nəticəsi ikinci dediyimiz variantı labüd edib. Amma heç kim düşünməsin ki, biz gözübağlı mərhələ keçə bilərik. Xüsusilə Gürcüstan klubunu ciddiyə almamaq baha başa gələ bilər. “Zestafoni” çox ciddi klubdu. Gürcülər texnikada heç vaxt bizə uduzmayıblar. Əlbəttə, “Neftçi”nin nisbətən bəxtinin gətirdiyini demək olar. Hər halda daha ciddi rəqiblər də var idi. Amma “Zestafoni”ni asanlıqla mübarizədən kənarlaşdırmaq mümkün olmayacaq.

- Sizcə, sürpriz gözləməyə dəyər?
- Əgər “Neftçi” “Zestafoni”ni keçə bilməsə, mən bunu sürpriz hesab etməyəcəm. Bu, iki eyni güclü komandanın qarşıdurması olacaq.

- Bəs Avropa Liqasındakı klublarımızın şansları barədə nə deyərdiz?
- Estoniya yığması hazırda inkişaf edir. Onlar reytinq cədvəlində Azərbaycandan çox öndədilər. Amma klub futbolunda biz öndəyik. O da keyfiyyətli legionerlərin sayəsindədi ki, yaxşı maliyyə şərtləri bizə bunu etməyə imkan verir. Öz oyunçularımızın xidmətini azaltmaq istəmirəm. Amma onların sayı azdı. Əgər legionerlər olmasaydı, yəqin ki, biz də mərhələ keçməkdə çətinlik çəkərdik.

- Bəs hətta belə rəqibləri də keçə bilməsək, necə olacaq?
- Şübhəsiz ki, bu, çox böyük uğursuzluq olacaq. Lakin gəlin avrokubokların startı ərəfəsində məsələyə nisbətən müsbət tərəfdən yanaşaq. Öz büdcələrinə və maddi-texniki bazasına görə klublarımızdan yaxşı nəticə gözləməyə dəyər. Sadəcə, işə kifayət qədər ciddi yanaşmaq lazımdı.

- Növbəti mərhələdə nisbətən güclü rəqiblərlə düşəcəyik...
- Mən maksimalistəm. Əgər klublarımız bu qədər pul xərcləyirsə, onda ən azı 2-3 mərhələ keçməliyik. Məsələn, APOEL-i, BATE-ni götürək. Onlar bizdən güclü deyillər. Sadəcə, onlar öz işlərinə çox ciddi yanaşırlar və istəklərinə nail olurlar. Bizim potensial rəqiblərimizə gəlincə, onu deyə bilərəm ki, zəif komandaların güclülərə qalib gəlməsinin tez-tez şahidi oluruq. Keçilməz rəqib yoxdu. Dediyim kimi, sadəcə ciddi hazırlaşmaq lazımdı.
- Klublarımızın yayda heyətlə bağlı çoxlu dəyişikliklərə əl atması ənənəsi hələ də qalmaqdadı və bu, əsas problemlərdən biri sayıla bilər...
- Özü də bu, əsas heyət oyunçularından da yan keçmir. Bu, klublarımızın, onların funksionerlərinin əsas səhvidi. Eyni zamanda müqavilələr də düzgün bağlanmır. Mövsüm başa çatan kimi futbolçunun müqavilə müddəti bitir və o, getmək istəyir. Avrokubokları da nəzərə almaq lazımdı. Bütün bu məqamlar az təsir göstərmir.
- Avrokuboklardakı klublarımızdan dördündən üçünü yerli məşqçilərin çalışdırması nədənsə xəbər vermir ki?
- Bu, müsbət məqamdı. Nə vaxtsa klub rəhbərlərimiz də başa düşəcəklər ki, məhz yerli mütəxəssislər futbolumuza daha çox fayda verirlər. Lakin bu, o demək deyil ki, nəticə verən əcnəbi mütəxəssislərə qarşıyam. Sadəcə, hazırda onlardan belə uğur gətirəni yoxdu. Yunis Hüseynova, Böyükağa Hacıyevə, Novruz Məmmədova uğurlar arzulayıram. Onların ən azı Qurban Qurbanovun uğurunu təkrarlamalarını istərdim.