30 iyun 2012 11:41
Qəbələ Galatasarayın sabiq üzvü ilə müqavilə imzaladı
“Qəbələ” daha bir futbolçu ilə heyətini gücləndirib. Azerisport.az xəbər verir ki, 2008-ci ildən Azərbaycan Premyer Liqasında top qovan 25 yaşlı türkiyəli futbolçu Muammer Erdoğdu ilə birillik müqavilə imzalanıb.
Müdafiəçi artıq Qəbələdə təlim-məşq toplanışına start verən yeni komandasının sıralarına qatılıb.
Muammer Erdoğdu peşəkar karyerasına 2007-ci ildə “Galatasaray”da start verib. 2008-2009 mövsümündə “Xəzər Lənkəran”a transfer olunan Muammer, sözügedən mövsümün ikinci yarısını “Turan”da keçirib və daha iki mövsüm (2009-2010, 2010-2011) Tovuz təmsilçisinin şərəfini qoruyub. Arxada qoyduğumuz futbol ilinin ilk yarısını “Kəpəz”də top qovan müdafiəçi qış fasiləsində yenidən “Turan”a dönüb və mövsümü burada yekunlaşdırıb.
