30 iyun 2012 00:05
Simurq Kocaelisporu belə məğlub etdi (FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, Türkiyədə təlim-məşq toplanışında olan "Simurq" yoldaşlıq görüşü çərçivəsində Türkiyənin "Kocaelispor" klubuyla qarşılaşıb. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun 4:2 hesabı ilə qələbə qazandığı oyunda “sarı-qaralar”ın qollarını Sonito, Rüstəm Məmmədov, Rəşad Eyyubov və Aleksandr Şemonayev vurub.
