30 iyun 2012 00:08
Premyer Liqa klubunda yeni baş məşqçi
İngiltərənin “Chelsea” futbol komandasının sabiq baş məşqçisi Andre Villaş-Boaş özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis tezliklə “Tottenham” komandasının sükanı arxasına keçəcək.
Təyinat barədə rəsmi açıqlama iyulun 2-də veriləcək. Əvvəllər 34 yaşlı portuqaliyalı mütəxəssisin namizədliyi Fransa yığmasına rəhbərlik edən Loran Blandan sonra nəzərdən keçirilib. Lakin sonradan klub rəhbərliyi seçimini Villaş-Boaş üzərində saxlayıb.

Qeyd edək ki, Andre Villaş-Boaş iki həftə öncə istefaya göndərilmiş Harri Rednappı əvəzləyəcək.