1 iyul 2012 01:14
Muranın baş məşqçisi Bakıda jurnalistlərlə görüşəcək
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Bakı" - "Mura" (Sloveniya) qarşılaşmasından öncə ənənəvi mətbuat konfransları təşkil olunacaq. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb.
Məlumatda bildirilir ki, "Bakı"nın baş məşqçisi Novruz Əzimov media önünə 4 iyul 2012-ci il tarixdə saat 19:15-də çıxacaq. Qonaq məşqçinin mətbuat konfransı isə saat 20:15-ə təyin olunub. Mətbuat konfransları "Dalğa Arena" stadionunun mətbuat mərkəzində baş tutacaq.
Qeyd edək ki, “Bakı” – “Mura” oyunu iyulun 5-də keçiriləcək.
