1 iyul 2012 01:21
İnter və Xəzər Lənkəranın rəqiblərindən fərqli nəticə
Futbol üzrə Estoniya çempionatında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasında Azərbaycan klublarına – “İnter”lə “Xəzər Lənkəran”a rəqib olan “Trans”la “Nomme Kalju” fərqli nəticələrə imza atıblar.
“Nomme Kalju” səfərdə “Levadia” ilə qarşılaşıb. “Xəzər Lənkəran”ın rəqibi 11-ci dəqiqədə hesabda geri düşsə də, 69-cu dəqiqədə Kesayın qolu ilə heç-heçəyə nail olub – 1:1.
“Trans” isə “Tammeka” ilə səfər oyununda qələbə qazanıb – 3:3. “İnter”in rəqibi 5-ci dəqiqədə Alekseyevin qolu ilə hesabı açıb. Lakin 31-ci dəqiqədə meydan sahibləri penalti ilə hesabı bərabərləşdiriblər. Bundan 5 dəqiqə sonra Narva təmsilçisi hesabda geri düşüb. Fasilədən sonra isə səhnəyə Qusev çıxıb və 56, 73-cü dəqiqələrdə vurduğu qollarla “Trans”a qələbə qazandırıb.
Bu nəticələrdən sonra “Nomme Kalju” 44 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. “Trans” isə 18 xalla beşinci yerdədi.
