1 iyul 2012 14:12
Berti Foqts Bakı ilə Xəzər Lənkəran arasında seçim etdi
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts növbəti həftə Bakıya gələcək. Azerisport.az xəbər verir ki, millimizin almaniyalı çalışdırıcısının səfərdə məqsədi Avropa Liqasındakı təmsilçilərimizin çıxışını yaxından izləməkdi.
Belə ki, iyulun 5-də “Xəzər Lənkəran” doğma meydanda Estoniyanın “Nomme Kalju” klubunu qəbul edəcək. “Bakı” isə həmin gün Sloveniyanın “Mura” komandası ilə qarşılaşacaq.
Görüşlər təxminən eyni vaxtda başlayacağından Foqts artıq seçimini də edib. Belə ki, o, Lənkərana yollanmağa qərar verib. Görünür cənub təmsilçisində milli üzvlərinin daha çox olması almaniyalı mütəxəssisin məhz belə seçim etməsinə təsirsiz ötüşməyib.
