1 iyul 2012 02:17
Bakıda 13 cavabsız qol buraxan komanda çempion oldu
Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunmuş turnir başa çatıb. Azerisport.az xəbər verir ki, turnirin son gününün proqramı 3-cü yer uğrunda görüşlə açılıb.
Bu matçda Ukraynanın “Karpatı” və Bolqarıstanın “Slaviya” komandaları qarşılaşıblar. Oyun “Karpatı”nın xeyrinə başa çatıb - 4:0.
Turnirin həlledici görüşündə isə Rusiyanın “Rubin” və İsveçin “Brommapojkarna” komandaları üz-üzə gəliblər. Xatırladaq ki, bu komandalar hələ qrup mərhələsində bir-biriylə qarşılaşmışdılar və o zaman isveçlilər rəqibini 13:0 hesabıyla darmadağın etmişdilər. Lakin bu dəfə sevinən tərəf “Rubin” olub. Finala layiq mübarəzədə keçən matç qollu heç-heçəylə başa çatıb - 3:3. Belədə turnirin qalibinin adı penaltilərlə müəyyənləşib. Burda daha dəqiq olan rusiyalı futbolçular sonda qələbə qazanmağı bacarıblar - 9:8.
Beləliklə, Azərbaycan Beynəlxalq Bankın 20 illiyinə həsr olunmuş turnirin qalibi Rusiyanın “Rubin” komandası” olub, İsveçin “Brommapojkarna” kollektivi isə gümüş medallarla kifayyətlənib.
