1 iyul 2012 15:03
Seriya A klubunda yeni baş məşqçi
İtaliya A Seriyasında çıxış edən “Sampdoria” klubunun uzun müddətdi davam edən baş məşqçi axtarışları nəhayət ki, müsbət sonluq tapıb. Azerisport.az xəbər verir ki, növbəti mövsümdən bu komandaya Çiro Ferrara rəhbərlik edəcək.
“Corriere dello Sport”un yaydığı məlumata görə, İtaliyanın gənclərdən ibarət yığmasının baş məşqçisi ilə klub rəhbərliyi arasındakı danışıqlar müsbət yekunlaşıb və tərəflər razılığa gəliblər. Yaxın günlərdə 45 yaşlı mütəxəssislə 2+1 sistemi ilə müqavilə imzalanacaq.
Qeyd edək ki, “Sampdoria” Rafael Benites və Maurisio Poçettino ilə də danışıqlar aparırdı. Lakin onlarla razılığa gəlmək mümkün olmamışdı.
