1 iyul 2012 15:53
Ramin Musayev: Yenidən prezident seçilsəm, daha maraqlı ideyalarımız olacaq
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev azerisport.az saytına müsahibəsində rəhbərlik etdiyi quruma iyulun 3-də keçiriləcək prezident seçkilərindən danışıb, eləcə də avrokuboklarda çıxış edəcək klublarımızın şanslarını dəyərləndirib.
- İyulun 3-də PFL yeni prezidentini seçməlidi. Amma böyük ehtimalla siz yenə də postunuzda qalacaqsız...
- Gəlin klub rəhbərləri ilə görüşü gözləyək. İki gün sonra hər şeyə aydınlıq gələcək.
- Geridə qalan nüddətdə hansı uğurlarınızı xüsusi qeyd edə bilərsiz?
- Hesab edirəm ki, biz çox şeyə nail olduq. Birincisi, Azərbaycan futbolu tarixində ilk dəfə çempionatın titul sponsorluğuna nail olduq. Artıq üç ildi ki, Unibank-la əməkdaşlıq edirik. Onlarla birgə hər ayın ən yaxşı futbolçusunu mükafatlandırırıq. İkincisi, ölkə kubokuna da titul sponsoru tapdıq. Bundan əlavə əvəzedici komandaların çempionatını təşkil etdik.

- Bu ideya barədə çox danışılsa da, AFFA həmin çempionatı təşkil edə bilmirdi...
- İnanın ki, mən bunu fəaliyyətim dövründəki ən mühüm işlərdən biri hesab edirəm. Görün nə qədər gənc futbolçular üçün yol açmış oluruq. Eyni zamanda gənc mütəxəssislər də əvəzedici komandalarda çalışmaqla təcrübə toplamış olurlar. Bildiyiniz kimi, mən əvvəllər “Neftçi”də işləyirdim. Orda çalışdığım müddətdə çox problemlərlə üzləşmişdim. PFL-ə gələndən sonra klubların həmin problemlərini aradan qaldırmaq üçün çox çalışmışam.
- Məsələn?
- Adi bir misal çəkim. Əvvəllər çempionatda müxtəlif toplardan istifadə olunurdu. Paytaxtda bir cür topdan istifadə olunurdu, rayonlarda ayrı cür. Futbolçular da gah ağır, gah da yüngül topla oynamaq məcburiyyətində qaldıqları üçün müxtəlif problemlərlə üzləşirdilər. Amma PFL yaranandan sonra vahid top sisteminə keçilib.

- PFL-in mövsümün qaliblərini mükafatlandırması mərasimləri də xüsusi qeyd olunan məqamlardan olub...
- Həmin mərasimlərin xatırlanması xoşdu. Biz düşündük ki, əgər müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi təşkil etsək, bu, futbolçular üçün də stimul olar. Fikrimcə, bütövlükdə qalib klubların pul mükafatı alması da xoşdu.
- Amma bütün bunlarla yanaşı sizə ünvanlanan tənqidlər də az olmayıb...
- Mən bunu sakit qarşılayıram. Harda iş varsa, orda tənqid də var.
- Yenidən prezident seçilsəniz, növbəti 4 il üçün hansı yeni planlarınız var?
- Planlarımız var. Əgər PFL prezidentliyi yenidən mənə həvalə olunsa, sizi daha maraqlı ideyalar gözləyir.
- Planlarımız var. Əgər PFL prezidentliyi yenidən mənə həvalə olunsa, sizi daha maraqlı ideyalar gözləyir.
- İlk layihələrinizdən biri teleyayım olacaq?
- Hesab edirəm ki, artıq telekanallarımızın yayıma görə klublara pul ödəməsi zamanı yetişib. Daha əksinə yox. Televiziyaların vaxtı var ki, ölkə çempionatının yayım hüquqlarına yiyələnə bilsinlər. Əgər onlar buna nail ola bilməsələr, PFL oyunları öz saytı vasitəsilə yayımlayacaq.

- Avrokuboklardakı klublarımızdan nə gözləyirsiz?
- Bəzi klub rəhbərləri altılıq sisteminin əleyhinə idilər. Amma fikrimcə, avrokuboklardakı təmsilçilərimiz uğurlu çıxış etməklə düzgün yolda olduğumuzu sübut edəcəklər. Artıq Azərbaycan klublarının özlərini Avropada göstərməsi zamanıdı.