1 iyul 2012 16:38
Azərbaycan İngiltərəni darmadağın etdi
Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində dünya çempionatının seçmə mərhələsinin oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması qrup mərhələsindəki ilk oyununu İngiltərəyə qarşı keçirib.
Millimiz 4:1 hesablı qələbəyə sevinib. Komandamızın qollarına Elvin Quliyev, Elhad Əhmədov, Emin Kürdov və Zeynal Zeynalov imza atıb.
Qeyd edək ki, Bəhram Hətəmovun yetirmələri ilk yarıda rəqib qapısından 3 cavabsız qol keçiriblər. Fasilədən sonra isə komandamız daha bir qol vurub. İngilislərin sonda vurduqları qol isə sadəcə təsəlliyə yetib.
Millimiz növbəti oyununu sabah Belarusa qarşı keçirəcək. Qrupdakı son oyunumuz isə İsveçrə ilə olacaq.
