1 iyul 2012 17:12
Qarabağ ailəsinin yeni üzvləri: Cavad xan və General
Hazırlıqlarını Türkiyədə davam etdirən “Qarabağ” bugünlərdə xoş xəbər alıb. Azerisport.az xəbər verir ki, “Qarabağ”dan İlqar Qurbanov və Vüqar Nadirov həyatlarında ilk dəfə atalıq sevincini yaşayıblar.
Hər 2 futbolçunun oğlu dünyaya gəlib. “Qarabağ” ailəsinin yeni üzvlərinin adları da artıq məlumdu. Vüqar oğluna atasının, Azərbaycanın milli qəhrəmanı, “General” ləqəbli Ərşadın adını verib. İlqarın körpəsi isə igidliyi ilə ad çıxarmış Gəncə xanı Cavad xanın adını daşıyacaq.
