1 iyul 2012 17:33
Fenerbahçe Mehmet Topal transferini rəsmən bitirdi (FOTO)
Türkiyənin “Fenerbahçe” klubu çoxdan gözlənilən Mehmet Topalın transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
“Fenerbahçe” Topalla bu gün 4 illik müqavilə imzalayıb. İstanbul klubu futbolçunun alacağı pulun miqdarını da açıqlayıb. 2012-2013 mövsümündə 2 milyon avro maaş və 10 min avro matçbaşı alacaq Topal növbəti üç ildə 2 milyon 50 min avro maşa və 10 min avro matçbaşı qazanacaq.
Qeyd edək ki, 2006-cı ildə “Dardanelspor”dan “Galatasaray”a keçən futbolçu 82 oyun keçirib 8 qol vurduqdan sonra – 2010-cu ildə 5 milyon avroya “Valencia”ya transfer olunmuşdu. İspaniya klubunun əsas silahlarından biri olan Topal bu komandada meydana çıxdığı 43 oyunda 2 qola imza atıb. Türkiyə millisində 28 oyun keçirmiş Mehmet AÇ-2008-in yarımfinalında oynayıb. O, 2007-2008 mövsümündə “Galatasaray”la Türkiyə çempionluğunu və kubokunu qazanıb.
