1 iyul 2012 17:41
Neftçi Avstriyada özünə daha iki rəqib tapdı
UEFA Çempionlar Liqasına hazırlığı davam etdirən "Neftçi" artıq Avstriyadadı. Azerisport.az xəbət verir ki, “ağ-qaralar” hazırlığın ikinci mərhələsini adı çəkilən ölkədə keçəcək.
Bu mərhələdə komanda 4 yoxlama matçında qüvvəsini sınayacaq. "Neftçi" iyul ayının 3-də Almaniyanın “Starnberq” klubu ilə qarşılaşacaq. Maraq üçün bildirək ki, bu komanda ilə iyunun 16-da “Xəzər Lənkəran” da qarşılaşmış və 6:0 hesabı ilə qalib gəlmişdi.
Bundan 4 gün sonra Azərbaycan çempionu Rumıniyanın “Dinamo” (Buxarest) klubu ilə üz-üzə gələcək. İyul ayının 9-da "Neftçi" və "Dinamo" Kiyev komandalarının ehtiyyat heyətləri sınaq matçına çıxacaq. 10 iyul tarixində isə komanda son yoxlama matçını keçirəcək. Bu dəfə rəqib Xorvatiya çempionu “Dinamo” (Zaqreb) olacaq.
