1 iyul 2012 17:52
Qarabağın Türkiyə toplanışı davam edir
“Qarabağ” Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, hazırlığın 2-ci günündə planda 2 məşq var.
İlk məşq artıq baş tutub. Komandanın ilk çalışması yerli vaxtla 10:30-da reallaşıb. Səhər məşqi fiziki hazırlığın artırılması əsasında həyata keçirilib. Yüngül qaçışdan sonra futbolçular meydan boyunca qurulmuş maneələri dəf edərək qapıya zərbə üzərində işləyiblər. Sonda 10 dəqiqəlik qaçışla məşq başa çatıb.
Günün 2-ci məşqi 18:30-da baş tutacaq.
