1 iyul 2012 11:28

“İstənilən halda mərhələ keçməyə borcluyuq”

Azərbaycan çempionu “Neftçi”nin qapıçısı Rauf Mehdiyev komandasının Türkiyədəki ilk toplanışından, Gürcüstan “Zestafoni”si ilə oyunlarından danışıb, klublarımızın avrokuboklardakı şanslarından danışıb.
 
- Türkiyə toplanışınız necə keçdi?
- Toplanış yüksək səviyyədə keçdi. Yaxşı hazırlaşmaq üçün hər cür şərait vardı. İndi isə artıq Avstriya toplanışına başlamışıq. Burda da üç yoxlama oyunu keçirməyə hazırlaşırıq.
 
- Türkiyədəki ilk sınaq matçınızda Rusiya “Mordoviya”sına 4 cavabsız qolla uduzmağınızı çoxları gözləmirdi...
- Oyundan öncə biz fiziki hazırlığa yönəlmiş iki ağır məşq keçmişdik. Oyunda bu, öz sözünü dedi. Amma buna baxmayaraq, ilk hissədə çox yaxşı oynadıq. Hətta bunu oyundan sonra rəqib komandanın üzvləri də deyirdilər. Fasilədən sonra isə bəzi dəyişikliklər oldu. Nəticədə son 20 dəqiqədə dörd cavabsız qol buraxdıq.
 
- Ardından İran çempionu “Sepahan”ı məğlub etdiniz...
- O oyuna bir qədər bərpa olunmuşduq. Rəqib güclü idi. Amma kifayət qədər qol epizodu yarada bildik. Düzdü, cəmi bir qol vurduq. Onların da fərqlənmək şansları oldu.
 
- Çempionlar Liqasındakı rəqibiniz – Gürcüstan “Zestafoni”si haqda nə deyərdiniz?
- Çoxları belə hesab edir ki, bu, adi komandadı və biz onları asanlıqla keçəcəyik. Amma bu, qətiyyən belə deyil. “Zestafoni” heç də sıradan rəqib deyil. Bu komandanı pis tanımadığımı deyə bilərəm. Vaxtilə onlara qarşı oynamışam da. Bilirəm ki, güclü komandadı. İndidən nəsə demək çətindi. Amma istənilən halda qələbə qazanmağa borcluyuq.
 
- Amma “Zestafoni” nə qədər güclü olsa da, potensial rəqibləriniz arasında ən zəifi idi...
- Prinsipcə, bütün klublarımız keçiləsi rəqiblərlə düşüblər. Ümumiyyətlə, Avropada zəif komanda tapmaq çətindi. İstənilən klub sürprizə imza ata bilər.
 
- Sizcə, “Bakı”, “Xəzər Lənkəran” və “İnter” mərhələ adlaya biləcək?
- Dediyim kimi, bütün klublarımıza keçiləsi rəqiblər düşüb. Amma istənilən halda bütün təmsilçilərimizə mərhələ keçmək lazımdı. Rəqibdən asılı olmayaraq, mütləq uğur qazanmaq haqda düşünməliyik. Yaxşı hazırlaşsalar, işə ciddi yanaşsalar, mərhələ adlamalarında problem olmayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.