2 iyul 2012 02:23
Millimizin hücumçusu növbəti qələbəsinə sevindi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun komandası - "Metallurg" Latviya çempionatında növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, Liepaya klubu ölkə çempionatının 17-ci turu çərçivəsində “Daugava Riga” ilə görüşüb.
Qarşılaşma doğma meydanında keçirilirdi. Buna görə də liepayalılar bu görüşdə mütləq qələbə qazanmağı hədəfləmişdilər. Onların bu istəyi baş tutub. Mihadjukun 48-ci dəqiqədə vurduğu qol matçda yeganə olub.
Qeyd edək ki, hazırda Liepaya klubu 15 oyundan sonra 25 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb və ehtiyatda iki oyunu var. "Daugava Riga" isə 17 xalla altıncı pillədə qərarlaşıb.
Latviya çempionatı
17-ci tur
1 iyul
Metallurg - Daugava Riga - 1:0
