1 iyul 2012 00:26
“Neftçi Bakıda qələbə qazanmasa, Gürcüstanda işi çətin olacaq”
“Kəpəz”in yeni yarımmüdafiəçisi, Gürcüstanın “Zestafoni” klubunun sabiq üzvü Qoqa Beraya azerisport.az saytına müsahibəsində keçmiş komandasının və Azərbaycan çempionu “Neftçi”nin Çempionlar Liqasındakı qarşıdurmasından danışıb.
- “Neftçi” ilə “Zestafoni”nin Çempionlar Liqasında bir-birinə rəqib olması barədə nə deyərdiniz?
- Məndən artıq bu barədə soruşublar. Yenə də deyirəm ki, həm “Zestafoni”, həm də “Neftçi” yaxşı klubdu. Demək olar ki, iki eyni güclü komandanın duelinə şahidlik edəcəyik. Azarkeşlər maraqlı qarşılaşmanın şahidi olacaqlar. Həm bu, həm də digər komanda mərhələ adlaya bilər. Amma dəqiq nəticəni proqnozlaşdırmaq çox çətindi. Hər iki tərəf rəqibin gücünü düzgün qiymətləndirməlidi.

- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev hər şeyə birinci oyunda aydınlıq gətirmək istədiklərini deyir. Sizcə, bakılılar bunu bacaracaqlar?
- “Neftçi” güclü komandadı. Yəqin ki, bu komanda Bakıda qələbə qazanmaq istəyəcək. “Zestafoni” də doğma divarlar arasında yaxşı oynayır. Bakılılara da səfərdə çətin olacaq. Hər iki komanda son iki ildə çempion olub. Mən hər şeyin Bakıda həll olunmasına şübhə ilə yanaşıram. Gürcü futbolçular texnikalıdılar. Onlar müdafiədən hücuma tez keçməyi, qol epizodları yaratmağı bacarırlar.

- Siz özünüz kimə azarkeşlik edəcəksiz?
- Demək çətindi. Hər iki komanda mənə çətindi. Güclüyə azarkeşlik edəcəm.
- Demək çətindi. Hər iki komanda mənə çətindi. Güclüyə azarkeşlik edəcəm.
- “Zestafoni”nin heyəti barədə nə deyərdiniz?
- Əksəriyyəti yerli futbolçulardı. Bircə legioneri var – Yoni Koko. Çox cəld hücumçudu. Bütövlükdə, komanda topla oynamağı, onu özündə saxlamağı xoşlayır. Bununla da rəqibə təsir edir. Orta və hücum xətti çox güclüdü. Ancaq müdafiəsində problemləri var. Oyuna köklənmədən də çox şey asılıdı. Əgər kimsə arxayınlaşsa, bunun cəzasını çəkəcək.

- “Neftçi” özünü cütün favoriti sayır...
- Hər komanda özünü favorit hesab edir. Bu, aydın məsələdi. Onlar öz güclərinə inanırlar və problemsiz mərhələ keçəcəklərini düşünürlər. Ola bilər ki, elə ilk oyundan sonra artıq növbəti mərhələyə kimin adlayacağı məlum olsun. Məncə, “Neftçi” Bakıda qələbə qazanmasa, Gürcüstanda onlara çox çətin olacaq. Dediyim kimi, “Zestafoni” evdə daha güclü oyun sərgiləyir, nəinki səfərdə.
- Azərbaycan və Gürcüstan çempionatlarını müqayisə edə bilərsiz?
- Təəssüf ki, mən Azərbaycan Premyer Liqasında son dövrlər oyun izləməmişəm. Amma səviyyə qalxıb. Azərbaycan çempionu olmaq çox çətinləşib. Klublar güclü legionerlər alırlar. İki ölkə çempionatının o qədər də fərqlənmədiyini düşünürəm. Lakin hər şeyə meydanda aydınlıq gələcək. İki ölkənin çempionu bu məsələyə də aydınlıq gətirəcəklər.
- “Neftçi”nin heyətində kimi qeyd edərdiniz?
- Flavinyo yaxşı futbolçudu. Onu hələ “Qəbələ”də çıxış edərkən görmüşəm. Güclü futbolçudu. Fikrimcə, “Zestafoni”nin müdafiə xətti onu gözdən qoymamalıdı. İstənilən görüşün taleyini həll edə biləcək gücə malikdi.

- “Neftçi”nin ÇL-də qrup mərhələsinə düşmək şanslarını necə qiymətləndirirsiz?
- Hər şey hazırlıqdan və püşkdən asılıdı. Öncə görmək lazımdı “Neftçi” “Zestafoni”yə qarşı necə oynayacaq. Ondan sonra bu sualınıza da cavab vermək olar. Mən “Neftçi”nin necə hazırlaşmasından xəbərsizəm. Amma bir şeyi bilirəm ki, ÇL çempionatdan fərqlənir. Orda tamamilə fərqli səviyyədi. Bakıdakı ilk oyun çox şeyə aydınlıq gətirəcək.