1 iyul 2012 00:48
“Muraya qol vurub, oğluma həsr etmək istəyirəm”
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Sloveniya "Mura”sı ilə üz-üzə gələcək “Bakı”nın düçərgəsində mühüm hadisə baş verib. Azerisport.az xəbər verir ki, komandanın aparıcı futbolçusu Aleksandar Şoliçin ikinci övladı anadan olub.
Mia adlı 4 yaşlı qızı olan yarımmüdafiəçinin Xorvatiyada oğlu dünyaya gəlib. Bu sevincini bölüşən Şoliç fikirlərini belə ifadə edib:
"Böyük sevinc içindəyəm. Uzun zaman idi ki, oğlumun yolunu gözləyirdim. Nəhayət, bu gün o dünyaya gəldi. Buna görə Tanrıya və həyat yoldaşıma minnətdaram. Bu amil bundan sonrakı futbolçu karyeramda əsas stimul olacaq. Sabah Bakıya qayıdıram. Avroliqada "Mura"ya qol vurub, bu qolu oğluma həsr etmək istəyirəm".
Sonda onu əlavə edək ki, Aleksandar Şoliç yeni doğulan övladına Mihael adını verib.
