2 iyul 2012 13:28
Novruz Əzimov: Muranı yenidən 4:0 hesabıyla məğlub etməyi çox istərdim
“Bakı”nın baş məşqçisi Novruz Əzimov azerisport.az saytına müsahibəsində Avropa Liqasına hazırlıqlarından, eləcə də Sloveniya “Mura”sı ilə görüşlərdəki şanslarından danışıb.
- Sloveniya toplanışınız necə keçdi?
- Hazırlıqlardan razı qaldım. Yoxlama oyunları keçirdik, səhvlərimizi, komandanın problemləri cəhətlərini gördük. Aydın məsələdi ki, mövsümlərarası fasilə olduğundan, bütün futbolçular lazımı formada deyildilər. Bəzilərinin artıq çəki problemi var idi. Amma onların adlarını açıqlamaq istəmirəm. İndi hər şey yaxşıya doğru gedir. Komanda bilir ki, avrokuboklara yaxşı hazırlaşmaq lazımdı. Hazırda Cəmşid Məhərrəmov, İbrahim Karqbo, Xavyer Junior, Aqil Məmmədov, Nenad Kovaçeviç, Deyvidas Çesnauski və Nurlan Novruzov çox yaxşı forma yığa bilib.
- Avroliqadakı ilk rəqibiniz – Sloveniya “Mura”sı haqda nə deyə bilərsiz?
- Yaxşı komandadı. Sloveniya çempionatında üçüncü yeri tutub. Klubun maliyyə problemləri var. Amma bu, heç nəyi həll etmir. Əksinə, belə olan halda futbolçular özlərini daha yaxşı tərəfdən göstərməyə çalışırlar. Mümkün qədər diqqətli olmalı və bu oyunlara ehtiyatlı yanaşmalıyıq. Rəqibi düzgün qiymətləndirməməyimiz bizə baha başa gələ bilər.

- Amma bu komandanı yoxlama matçında 4:0 hesabıyla məğlub etdiniz...
- Həmin oyunda onların 10 əsas heyət oyunçusu meydanda idi. Eyni zamanda baş məşqçiləri xeyli dəyişikliklərə əl atdı. Bəziləri yazır ki, onların heyəti tamamilə dəyişib. Amma bu, elə deyil. Komandanı sadəcə bir futbolçu tərk edib. 4:0 hesablı qələbə isə heç kimi aldatmasın. “Mura” kifayət qədər güclü komandadı.
- Rafael Əmirbəyov da bu komandanın oyununu izləməyə getmişdi. Onunla danışmısız?
- Əmirbəyov tamamilə fərqli bir oyun izləyib. Yəni onlar daha yaxşı oyun sərgiləyiblər. Bizdə həmin oyunun videoyazısı da var. Onlar futbol oynamağı bacarırlar. Ona görə də komandamın arxayınlaşmasını istəmirəm.

- “Mura” Bakıya cəmi 17 futbolçu ilə gəlmək istəyir. Sizcə, bu, sözügedən komandanın avrokuboklara tam hazır olmamasının göstəricisi deyil ki?
- Xeyr. 17 futbolçu da 20 futbolçu qədər yaxşı hazırlıqlı ola bilər. Meydanda onsuz da 11 nəfər çıxış edir. 3 nəfər də sonradan meydana çıxır. Bu üzdən hətta 15 oyunçu ilə də yola çıxmaq olar. Məsələn, mən də futbolçularımızın oyuna daha yaxşı köklənməsi üçün məhz 15 oyunçunu ayıra bilərəm. Lakin avrokuboklar uzun marafondu və hər komandaya 20-22 futbolçu lazımdı.

- Çoxları əmindi ki, “Bakı” “Mura”nı problemsiz keçəcək və Bolqarıstan CSKA-sı ilə qarşılaşacaq...
- Mən hələ bu barədə düşünmürəm. İndi bütün diqqətim sloveniyalılarla qarşılaşmalara yönəlib. CSKA barədə indidən düşünmək tezdi. “Mura”nı keçəbdən sonra bolqarlar barədə də düşünmək olar. Hələ “Bakı” – “Mura” cütünün hansı aqibətlə sonuclanacağını heç kim bilmir.
- Artıq Bakıdakı oyunun ilk dəqiqələrindən kimlərə şans verəcəyinizi qətiləşdirmisiz?
- Mən özlüyümdə çox şeyi qətiləşdirmişəm. Sadəcə, bəzi mövqelərlə bağlı fikrimi dəqiqləşdirməliyəm. Lakin hələ start heyəti indidən müəyyənləşdirmək tezdi. Evdə mümkün qədər yaxşı oynamalıyıq. Əlbəttə, yenə də 4:0 hesabıyla qalib gəlməyi çox istərdim. Amma bu, sadəcə arzudu. Mən komandama inanıram. Ümid edirəm ki, qarşıya qoyulan hədəfə çata biləcəyik.

- Komandanızın yeni transferləri barədə fikriniz necədi?
- Edemir Rodriqes hələ yaxşı forma yığmasa da, pis də oynamır. Həmçinin Georgi Popxadze də öz üzərində çalışmalıdı. Hazırda qapıçı problemini həll etməyə çalışırıq. Daha sonra isə hücumçu almalıyıq. Amma o, formada olmalıdı.