2 iyul 2012 13:35

“Turnir bizim üçün çox faydalı oldu”

Yetirmələri Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunmuş beynəlxalq turnirdə 5-ci yeri tutmuş “Dinamo” (Tbilisi”) U-13 komandasının baş məşqçisi Oto Qaqnidze turnir barədə verdiyi müsahibəsində çıxışları haqqında danışıb, digər sualları cavablandırıb.
 
- Öncə bilmək istərdik, necə oldu ki, komandanız Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunmuş turnirdə iştirak etdi?
- Bizə bu turirdə iştirak etmək barədə təklif gəldi və çox düşünmədən təklifi qəbul etdik. Azərbaycan Beynəlxalq Bankını yubileyi münasibətilə təbrik etmək istəyirəm və dəvətə görə təşəkkür edirəm.
 
- Komandanız barədə danışmağınızı xahiş edirik.
- Komandamızın əsas məqsədi istedadlı futbolçuları aşkara çıxarmaq və onları gələcəkdə “Dinamo”nun daha böyük yaş kateqoriyalı komandalarda oynatmaqdan ibarətdir.Biz hamımız çalışırıq ki, oyunçularımız gələcəkdə klubun əsas komandası üçün faydalı olsunlar. Komandamızın çıxışına gəldiksə onu deyə bilərəm ki, ötən mövsüm biz U-13 və U-14 çempionatlarında iştirak etmişik. Mövsümün nəticələrinə görə üçüncü yeri tutduq. Ancaq yenə təkrar edirəm ki, uşaqlarla çalışmaq qələbə qazanmaqdan daha vacibdir.
 
- Bakı sizə necə təsir bağışladı?
- Bakı-gözəl şəhərdir. Çox xoşuma gəldi. Əminəm ki, nümayəndə heyətimizin bütün üzvləri də bu fikirdədirlər.
 
- Bəs, turnir barədə nə deyə bilərsiniz?
- Ancaq xoş sözlər deyə bilərəm. Birincisi, bizi lazımi şəraitlə təmin etdilər, yaxşı mehmanxanada yaşadıq, bizi qayğı və anlayışla əhatə etdilər. İkincisi, turnir bizim üçün çox faydalı oldu, axı burada kifayət qədər güclü heyət toplaşmışdı. Bizim komandaya belə güclü komandalara qarşı oynamaq maraqlı idi.
 
- Yetirmələrinizin çıxışımdan razı qaldınız?
- Bilirsiniz, birinci görüşdə buraxılan səhvlər üzündən qapımızda iki qol gördük və hesabı bərabərləşdirməyə məcbur olduq. “Slaviya”ya qarşı matçda oyun yaxşı alındı və rəqibin qapısından 3 cavabsız top keçirdik. Lakin, təəssüf ki, qrup mərhələsinin sonuncu qarşılaşmasında minimal hesabla yenildik və 5-ci yerlə kifayətlənməli olduq. Ümumilikdə turnir bizim üçün çox faydalı oldu.
 
- “İnter” haqqında nə bilirdiniz?
- Komandanızın baş məşqçisi Kaxaber Tsxadadzeni, həmçinin klubunuzda işləmiş Giorgi Çixradzeni tanıyıram. Bundan başqa, mənə məlumdur ki, “İnter”də bizim bir çox həmvətənlimiz çıxış edir. “İnter” –yaxşı komandadır, fürsətdən istifadə edərək komandaya qarşıdakı oyunlarda uğurlar arzulayıram.
 
- Gələn il bu turnirdə iştirak etmək istərdiniz?
- Böyük məmnuniyyətlə gələrdik. Bu turnir xoşumuza gəldi və bu yarışda bir daha iştirak etmək əla olardı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.