2 iyul 2012 14:11
İnterin Sloveniya toplanışı davam edir (FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, "İnter" hazırda Sloveniyadadı və Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçirəcəyi ilk oyuna hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda gün ərzində iki dəfə meydana çıxır. Səhər məşqinə trenajor zalında fiziki hərəkətləri yerinə yetirməklə başlayan futbolçular məşq prosesini sonradan meydançada davam etdirirlər. Ötən gün axşam məşqində isinmə hərəkətlərini yetirdikdən sonra komanda üzvləri ikitərəfli oyun keçiriblər. “Bankirlər” bu gün də iki dəfə məşq edəcək.
