2 iyul 2012 01:59
Qarabağın ilk rəqibi bəlli oldu
“Qarabağ”ın Türkiyədəki təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, Qızılcahamamda davam edən təlim-məşq toplanışı müddətində 3 yoxlama oyunu keçirəcək ağdamlılar iyulun 6-da ilk oyununa çıxacaq.
“Qarabağ”ın rəqibi İran çempionatnı 6-cı pillədə bitirmiş “Zobahan” olacaq. Oyun Ağdam klubunun məskunlaşdığı “Patalya” otelinin futbol meydançasında baş tutacaq. Görüşün başlama saatı 18:00 nəzərdə tutulub.
