2 iyul 2012 02:05
Qarabağ və Qurban Qurbanov Türkiyə mətbuatının diqqət mərkəzində
Ötən gün Türkiyənin “Kanal B” televiziyasının əməkdaşları “Qarabağ”ın məşqində olublar. Azerisport.az xəbər verir ki, komandanın məşqindən reportaj hazırlayan TV əməkdaşları baş məşqçi Qurban Qurbanovla da görüşüblər.
Ağdam klubunun Azərbaycanın ən nüfuzlu komanda olmasının, “Qarabağ”ın “Rusonborq”, “Visla” “Brügge” kimi dünya komandalarını məğlub etməsinin sirrini soruşan müxbir eyni zamanda komandanın hədəfləri barəsində də suallar ünvanlayıb. Qurbanov ötən mövsümün onlar üçün uğursuz alındığını, amma baş verənlərdən nəticə çıxardığını bildirib. Azərbaycan çempionatının ildən-ilə gücləndiyini bildirən “Qarabağ”ın çalışdırıcısı qarşıdan gələn mövsümə ciddi hazırlaşdıqlarını, hədəflərinin zirvə uğrunda mübarizə aparmaq olduğunu ifadə edib.
