2 iyul 2012 02:16
Mura Bakıya qələbə ilə gəlir
Avropa Liqasının birinci təsnifat mərhələsində “Bakı”nın rəqibi olan Sloveniyanın “Mura” klubu yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, “Mura” Bakı səfərindən öncə Macarıstanın “Pecs” klubu ilə qarşılaşıb.
“Zolaqlılar”ın rəqibi 3:2 hesablı qələbə qazanıb. “Mura”nın heyətində hər üç qolu Nusmir Fayiç vurub.
Qeyd edək ki, “Mura” iyulun 5-də “Dalğa Arena”da “Bakı”nın qonağı olacaq.
