2 iyul 2012 14:28
Simurq alban hücumçudan imtina etdi
“Simurq”un baş məşqçisi Georgi Çixradze baxışda olan bir futbolçu ilə bağlı qərarını verib. Azerisport.az xəbər verir ki, gürcü çalışdırıcı alban Vilfor Xisanı bəyənməyib.
Forvard artıq vətəninə yola salınıb. Baxışda olan digər futbolçular haqqında son qərarı isə məşqçilər korpusu növbəti yoldaşlıq görüşlərindən sonra verəcək.
Qeyd edək ki, Vilfor Xisa Albaniyanın “Tirana” klubunun yetirməsidi. O, müqavilə ilə “Laçi” klubuna məxsus olsa da, son mövsümdə “Flamurtari” klubunda icarə əsasında çıxış edib. 22 yaşlı hücumçu Albaniyanın müxtəlif yaş qrupları üzrə milli komandalarında forma geyinib. Xisa son olaraq, Albaniya olimpiya yığmasında çıxış edib və 6 oyunda 2 dəfə fərqlənib. O, 2006-cı ildən Albaniya yüksək liqasında 138 oyunda 40 qol vurub.
