2 iyul 2012 02:31
Belarus yığmamızla oyuna qələbə ilə çıxacaq
Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələ oyunları davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması ilk oyununda İngiltərəni 4:1 hesabıyla darmadağın edib.
Qrupumuzun digər oyununda isə Belarusla İsveçrə üz-üzə gəlib. Nə qədər gözlənilməz olsa da, Belarus qrupun aşkar favoriti üzərində 5:4 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, bu gün – iyulun 2-də Azərbaycan Belarusla, İsveçrə isə İngiltərə ilə qarşılaşacaq.
