2 iyul 2012 15:14

Mübariz Mənsimov XL-dan Avroliqada uğurlu nəticə gözləyir

Bu gün "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov Lənkəranda komandanın baş məşqçisi Yunis Hüseynov və onun məşqçi korpusu ilə görüş keçirib. Azerisport.az xəbər verir ki, görüşdə klubun prezidenti Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirov da iştirak ediblər.
 
Mənsimov komandanın qarşıdan gələn Avropa Liqası oyunlarına hazırlığı barədə maraqlanaraq, məsul görüşlər öncəsi oyunçuların fiziki və psixoloji durumu barədə baş məşqçinin hesabatını dinləyib. Klubun fəxri prezidenti klub rəhbərliyi və şəxsən onun tərəfindən komandaya lazım olan bütün dəstəyin verildiyinə zəmanət verməklə, komandadan layiqli və uğurlu nəticəni gözlədiyini və bu nəticənin qazanılacağına inamını bildirib.
 
"Xəzər Lənkəran"ın fəxri prezidentinə komandanın hazırlığı barədə ətraflı məlumat verən baş məşqçi Yunis Hüseynov da öz növbəsində uğurlu nəticənin qazanılması üçün komandanın özünün bütün gücünü maksimal şəkildə və faydalı məcrada istifadə edəcəyinə söz verib. Baş məşqçi və onun köməkçiləri Mənsimova komandaya göstərdiyi diqqətə görə təşəkkürlərini bildirərək, bu görüşün komandadaxili əhval-ruhiyyəyə olduqca müsbət təsir edəcəyinə əminliklərini bildiriblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.