2 iyul 2012 15:41
Simurq Rusiya klubu ilə sülh bağladı
Türkiyədə növbəti mövsümə hazırlıqları davam etdirən "Simurq" bu gün ikinxi yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, “sarı-qaralar”ın bu dəfəki rəqibi Rusiyanın "Spartak” (Nalçik) klubu olub.
Oyun “Simurq” üçün yaxşı başlamayıb. Belə ki, görüşün 8-ci dəqiqəsində ruslar hesabı açıblar. Amma 31-ci dəqiqədə Sonito Zaqatala klubunu məğlubiyyətdən xilas edən qola imza atıb. Görüşün qalan dəqiqələrində qapılara qol vurulmayıb.
Qeyd edək ki, "Simurq" ilk yoldaşlıq görüşündə Türkiyənin "Kocaelispor" kollektivini 4:2 hesabı ilə məğlub etmişdi.
Yoxlama matçı
2 iyul
Simurq – Spartak (Nalçik) – 1:1
