2 iyul 2012 16:03
Millimiz Belarusa məğlub oldu
Rusiyanın Moskva şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsinin oyunları davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi də bu gün qrupdakı ikinci oyununu keçirib.
Yığmamızın bu dəfəki rəqibi Belarus yığması olub. Futbolçularımız bu görüşdə 2:3 hesabı ilə məğlub olublar. Millimizin heyətində Vitali Borisov və Elhad Əhmədov fərqlənib.
Xatırladaq ki, komandamız DÇ-nin seçmə mərhələsində keçirdiyi ilk oyunda İngiltərə yığmasını 4:1 hesabı ilə məğlub etmişdi. Bəhram Hətəmovun yetirmələri qrupdakı son oyununu İsveçrəyə qarşı keçirəcək.
