2 iyul 2012 16:30
Yığmamız beynəlxalq turnirdə iştirak edəcək
Eşitməqüsurlu əlillərdən ibarət Azərbaycan U-16 yığması iyulun 5-dən 15-dək Slovakiyanın Preşov şəhərində təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək. Azerisport.az xəbər verir ki, turnirdə yığmamızdan əlavə Slovakiya, Qana, Boqlarıstan, Xorvatiya, İndoneziya, Venesuela, Küveyt, Polşa, Rusiya, Çexiya və Qazaxıstan komandaları mübarizə aparacaq.
Yığmamızın bu turnirə hansı heyətlə gedəcəyi də dəqiqləşib. Həmin siyahını diqqətinizə çatdırırıq:
Seydulla Əzimov
Vüsal Süleymanlı
Mahmud Səfərov
Fərid Ağaverdiyev
Nahid Abbasov
Aleksandr Doktorov
Vasif Behbudov
Elşən Mirzəmmədli
Telman Hüseynov
