2 iyul 2012 16:46
Xəzər Lənkəranın rəqibi artıq Azərbaycandadı
UEFA Avropa Liqasının birinsi təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Xəzər Lənkəran”la qarşılaşacaq Estoniyanın “Nomme Kalju” klubu artıq ölkəmizə gəlib. Azerisport.az xəbər verir ki, estonlar yerli şəraitə daha yaxşı uyğunlaşmaq üçün vətəni 3 gün öncədən tərk etməyə qərar veriblər.
Qeyd edək ki, “Xəzər Lənkəran”la “Nomme Kalju” arasındakı ilk oyun iyulun 5-də keçiriləcək. Lənkəran şəhər stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.
