2 iyul 2012 17:01

"Avropa Liqasının qrup mərhələsinə düşmək arzumuz var"

“İnter”in prezidenti Georgi Nikolov azerisport.az saytına müsahibəsində komandasının Avropa Liqasına hazırlığından danışıb, şanslarını dəyərləndirib.
 
- Komandanız Avropa Liqasına hazırdı?
- Biz həmişə hazırıq. Amma bu suala daha dəqiq cavabı baş məşqçi verə bilər. Mən indi komanda ilə birgə deyiləm. Tezliklə düşərgəyə gedəcəm və hazırlıqlarla yerində maraqlanacağam. Hər şeyi nəticə göstərəcək. Bizim ilk rəqibimizi keçəcək gücümüz var.
 
- Heyəti istədiyiniz kimi komplektləşdirə bilmisiz?
- Komplektləşmə fasiləsiz prosesdi. Hər halda baş məşqçi razı olduğunu deyir. Sadəcə, komandaya bir hücumçu lazımdı. Hazırda braziliyalı futbolçu ilə danışıqlar aparırıq. Əgər danışıqlarımız alınsa, dərhal müqavilə bağlayacağıq. Düzünü deyim ki, onun barəsində əvvəllər heç nə eşitməmişəm və necə olduğunu da deyə bilmərəm. Bildiyimə görə Yaponiyada və Avropada oynayıb. Təcrübəsi kifayət qədərdi. Məni inandırdılar ki, onu komandaya götürmək lazımdı.
 
- Görünür qiyməti də bahadı...
- Deməzdim ki, elə də bahadı. Amma onu transfer edə bilsək, ikinci təsnifat mərhələsi öncəsi sifariş vərəqəsinə adını sala biləcəyik.
 
- “İnter” Avroliqa öncəsi heyətdə çox dəyişiklik etdi. Düşünmürsüz ki, bu, anlaşma səviyyəsinin aşağı düşməsinə səbəb olacaq?
- Təəssüf ki, sözlərinizdə həqiqət var. Bunun necə olacağını bilmirəm. Bu, artıq məşqçilər korpusunun işidi. Ümid edirəm ki, onlar yeni futbolçularımızın komandaya uyğunlaşmasını sürətləndirməyə qadirdilər.
 
- Hər şeyə rəğmən, “İnter”i Estoniya “Trans”ı ilə oyunun favoriti hesab edirsiz?
- Favorit olduğumuzu demək istəmirəm. Bu suala yalnız cavab matçından sonra cavab vermək olar. Hamı Estoniyanın zəif futbol ölkəsi olduğunu deyir. Amma unutmaq olmaz ki, hər kəs meydana qələbə qazanmaq üçün çıxır. Ən azından pul qazanmaq, populyarlaşmaq üçün. Aydın məsələdi ki, bizim rəqibimiz də asanlıqla təslim olan deyil. Bizi çox çətin qarşılaşma gözləyir.
 
- Bizim klub rəsmilərimiz rəqibin gücünü şişirtməyi sevirlər...
- Mən “Trans”ı zəif rəqib hesab etmirəm. Əgər yığma komanda pis oynamırsa, deməli, klublar da zəif ola bilməz. Qarşıdakı oyunlara ehtiyatla yanaşmalıyıq. Rəqibin gücünü qətiyyən şişirtmirəm.
 
- İstənilən halda hamı məhz “İnter”in növbəti mərhələyə keçməyə borclu olduğunu düşünür. Tutaq ki, buna nail oldunuz. Sonra? Yunanıstan klubunu keçməyə gücünüz qalacaq?
- Bu il “İnter” yaxşı nəticə qazanacaq. Mən artıq baş məşqçi ilə hədəflər barəsində danışmışam. Bizim Avroliqanın qrup mərhələsinə düşmək arzumuz var. Mən ikinci təsnifat mərhələsindəki rəqibimiz – “Asteras Tripoli” barədə də informasiya toplamışam. Demək olar ki, “İnter” səviyyəsində bir komandadı. Amma biz daha güclüyük. Əgər işə peşəkar yanaşsaq, üçüncü təsnifat mərhələsinə adlayacağımızı demək olar.
 
- Əgər Avroliqada işləriniz qaydasında getsə, heyəti gücləndirəcəksiz?
- Qrup mərhələsi artıq tam fərqli mübarizədi. Orda başqa qanunlar rol oynayır, fərqli oyunçular, fərqli səviyyə... Şübhəsiz ki, belə bir uğura nail olsaq, daha səviyyəli futbolçular almağımız lazım gələcək. Təəssüf ki, komandaya daha çox pul ayırmalı olacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.