2 iyul 2012 17:10
Klublarımızın Avroliqada ilk oyunlarına bütün təyinatlar açıqlandı
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində klublarımızın keçirəcəyi ilk oyunların hakim təyinatları açıqlanıb. Azerisport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Trans" - "İnter" matçını belçikalı, "Xəzər Lənkəran" - "Nomme Kalju" oyununu sloveniyalı, "Bakı" - "Mura" görüşünü isə ukraynalı hakimlər briqadası idarə edəcək.
UEFA-nın bu üç oyunla bağlı bütün təyinatları ilə aşağıda tanış ola bilərsiniz.
Avropa Liqası
1-ci təsnifat mərhələsi (ilk oyunlar)
5 iyul
Trans (Estoniya) - İnter
Baş hakim: Alexandre Boucaut
Baş hakimin köməkçiləri: Jimmy Cremers, Patrick Plumes
Dördüncü hakim: Laurent Colemonts
(Hakimlər briqadası Belçikadandır)
UEFA nümayəndəsi: Milos Markovic (Serbiya)
Hakim-inspektor: Stefan Ormandjiev (Bolqarıstan)
Xəzər Lənkəran - Nomme Kalju (Estoniya)
Baş hakim: Mitja Zganec
Baş hakimin köməkçiləri: Gregor Rojko, Robert Vukan
Dördüncü hakim: Dragoslav Peric
(Hakimlər briqadası Sloveniyadandır)
UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus)
Hakim-inspektor: Jari Maisonlahti (Finlandiya)
Bakı - Mura (Sloveniya)
Baş hakim: Sergey Dankovski
Baş hakimin köməkçiləri: Yevgeni Xalamendik, Oleksandr Yakimenko
Dördüncü hakim: Vitali Romanov
(Hakimlər briqadası Ukraynadandır)
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina)
Hakim-inspektor: Oleq Çikun (Belarus)
