2 iyul 2012 17:54
Türkiyədə Azərbaycan derbisi
Şimali və Cənubi Azərbaycanın 2 ən böyük klubu qarşılaşacaq. Azerisport.az xəbər verir ki, “Qarabağ” Cənubi Azərbaycanın ən məşhur klubu, Azərbaycanımızın tarixi paytaxtı olan Təbrizi təmsil edən “Traktorsazi” ilə qarşılaşacaq.
Əslində “Qarabağ”ın iyulun 11-də yoxlama oyunu keçirmək planı yox idi. Amma baş məşqçi Qurban Qurbanov ümummilli maraqları nəzərə alaraq, tarixi oyunun keçirilməsinə şərait yaradıb.
Beləliklə, Azərbaycanın 2 komandası iyulun 11-də qarşı-qarşıya gələcək.
Xatırladaq ki, “Traktorsazi” Cənubi Azərbaycanın Təbriz şəhərini təmsil edir. Başa çatan mövsümdə çempionluğu 1 xalla qaçıran təbrizlilər Asiya Çempionlar Liqasında iştirak edəcəklər. “Traktorsazi” ev oyunlarını ortalama 60 min azərbaycanlının dəstəyi ilə keçirir.
