2 iyul 2012 18:17
Neftçi Rusiya klubuna qarşı
UEFA Çempionlar Liqasına hazırlığı davam etdirən "Neftçi" sabah Avstriya toplanışı çərçivəsində ilk sınaq matçına çıxacaq. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın Avstriyadakı ilk rəqibi Rusiyanın “Kuban Krasnodar” klubu olacaq.
Qeyd edək ki, əslində paytaxt klubu hazırlığın ikinci mərhələsi çərçivəsindəki ilk oyununu başqa kluba qarşı keçirməli idi. Belə ki, Böyükağa Hacıyev komandasını Almaniyanın “Starnberq” klubu ilə qarşılaşmada sınaqdan keçirəcəkdi. Lakin son anda planlarda dəyişiklik edilib və Rusiya klubu ilə görüşməyə üstünlük verilib. Dəyişikliyin əsas səbəbi kimi isə, “Kuban Krasnodar”ın “Starnberq”ə nisbətən daha güclü rəqib olması göstərilir.
Maraq üçün xatırladaq ki, “Neftçi” Türkiyə toplanışı zamanı Rusiyanın “Mordoviya” klubuna 0:4 hesabıyla uduzmuş, İran çempionu “Sepahan”a qalib gəlmişdi – 1:0.
