2 iyul 2012 18:00
UEFA-dan Dağıstana qadağa
UEFA İcraiyyə Komitəsi Mahaçqalanın “Anji” klubunun Avropa Liqasındakı ev oyunlarını Dağıstanda keçirməsinə icazə verməyib. Azerisport.az xəbər verir ki, bu haqda qərarın qəbuluna əsas səbəb kimi regionun təhlükəsizlik baxımından qənaətbəxş olmaması göstərilib.
Klubun saytında qeyd olunub ki, yaxın günlərdə “Anji” Avroliqada iştirak etmək üçün alternativ stadion təklif edəcək. Amma bu stadionun harada və hansı şəhərdə yerləşdiyi barədə məlumat verilmir.
Xatırladaq ki, “Anji”nin Avroliaqadakı ilk rəqibi Albaniyanın “Flamurtari” və Macarıstanın “Honved” görüşünün qalibi olacaq.
