2 iyul 2012 18:50
Olimpik baş məşqçisiz qaldı
Fransanın “Olympique” (Marsel) klubu baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, komandanın çalışdırcısı Didye Deşam istefa verib.
Klubun bununla bağlı yaydığı rəsmi açıqlamada bildirilir ki, baş məşqçinin müqaviləsi qarşılıqlı anlaşma şərti ilə vaxtından əvvəl pozulub. Yeni baş məşqçinin kimliyi açıqlanmır.
Qeyd edək ki, 1989-2000-ci illərdə Fransa millisində oynamış Deşam “Olympique”dən əvvəl “Monaco” və “Juventus”a rəhbərlik edib. O, 2009-cu ildən “Olympique”in baş məşqçisi idi. Marsel klubu Deşamın rəhbərliyi altında Fransa çempionluğunu və kubokunu qazanıb.
