2 iyul 2012 21:46

Neftçinin rəqibi Steaua ilə qarşılaşacaq

Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Gürcüstanın “Zestafoni” komandası daha bir yoxlama matçı keçirəcək. Azerisport.az xəbər verir ki, Avstriyada təlim-məşq toplanışında olan gürcülər Rumıniya klubu ilə görüşə hazırlaşırlar.
 
Belə ki, “Zestafoni” “Steaua” ilə üz-üzə gələcək. Bu oyun iyulun 7-də keçiriləcək.
 
Qeyd edək ki, “Neftçi”nin rəqibi ölkə xaricindəki toplanış çərçivəsindəki ilk sınaq matçında Rumıniya təmsilçisi “Astra” ilə görüşüb və 0:1 hesabı ilə məğlub olub. Bu gün isə gürcülər Bolqarıstan “Lokomotiv”i (Plovdiv) ilə üz-üzə gələcəklər.
 
“Neftçi” ilə “Zestafoni” arasındakı ilk oyun iyulun 17-də “Dalğa Arena”da keçiriləcək və yerli vaxtla saat 21:00-da başlayacaq. Cavab görüşü isə bir həftə sonra Zestafonidə baş tutacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.