2 iyul 2012 22:01

Mahmud Qurbanov: Biz onları taparaq üzə çıxarmalıyıq

Bu gün Gəncənin “Tərəqqi” futbol klubunun elan etdiyi “açıq qapı” baş tutub. Bu barədə azerisport.az saytına klubun mətbuat xidməti məlumat verib.
 
Məlumata görə, komandanın baş məşqçisi Mahmud Qurbanov qərb bölgəsindən baxışa gələn təxminən 30-a yaxın gənci sınaqdan keçirib.
 
“Hələlik bir dəfə məşqlə nəsə söyləmək olmaz. Məşqə qatılan uşaqların arasında futbol bacarığı olanlar var. Yəqin ki, bu gəncləri növbəti məşqlərə də dəvət edəcəyik. Yalnız bundan sonra onlar haqqında nə isə bir fikir söyləmək olar. Lakin mən “açıq qapı” prinsipinin nəticəsini görəcəyimizə inanıram. Bu regiondan həmişə güclü futbolçular yetişib. Mən ümidvaram ki, bu gün də belə gənclər var və biz onları taparaq üzə çıxarmalıyıq” - deyə “Tərəqqi”nin gənc və perspektivli məşqçisi əlavə edib.
 
Məlumat üçün bildirək ki, bu gündən etibarən “Tərəqqi” növbəti mövsümün hazırlıqlarına start verib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.