2 iyul 2012 00:08
Mura - Bakı oyununu yunan hakim idarə edəcək
Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Mura” – “Bakı” oyununu idarə edəcək baş hakimin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, UEFA “zolaqlılar”ın Sloveniya klubu ilə oyununu yunan referi Atanassios Qiakosa tapşırıb.
Qeyd edək ki, “Bakı” və “Mura” arasında cavab oyunu iyulun 12-də Lendavadakı “Şportni Park”da keçiriləcək. Bu komandaların ilk oyunu isə iyulun 5-də “Dalğa Arena”da keçiriləcək. Həmin qarşılaşmanı ukraynalı Sergey Dankovski idarə edəcək.
